Bazar ertəsi , 2 Noyabr 2026
Drone Cameras

Ağırtonnajlı avtomobillər kənd yollarını yararsız vəziyyətə saldı – VİDEO

Ağırtonnajlı yük maşınları yolu yararsız vəziyyətə salıb…

Boyukmillet.com-un xəbərinə görə, sakinlər deyirlər ki, Neftçalanın Beştalı və Şorlar kəndlərini birləşdirən yol artıq xeyli müddətdir bu vəziyyətdədir.

Kənd sakinləri bildirirlər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, hələlik nəticə yoxdur.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, yolda mütəmadi olaraq xüsusi texnikalar vasitəsilə cari təmir və hamarlama işləri həyata keçirilir. Lakin ağırtonnajlı nəqliyyat vasitələrinin intensiv hərəkəti yol örtüyündə yenidən deformasiyaların yaranmasına səbəb olur. Ərazidə tikinti-quraşdırma işlərinin davam etməsi nəzərə alınaraq, uzunmüddətli və dayanıqlı istismarının təmin edilməsi üçün daha genişmiqyaslı təmir tədbirlərinin həyata keçirilməsinə ehtiyac var.

Yolun əsaslı təmiri ilə bağlı müvafiq tədbirlərin investisiya proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Check Also

DTX-nin əməliyyatı ilə saxlanılan 8 nəfərə hökm oxundu

Terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Məhəmməd …