Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

“Sumqayıt” və “Keşlə”nin avrokubok oyunlarının hakimləri məlum oldu

“Sumqayıt” və “Keşlə” komandalarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəkləri ilk oyunlar üçün hakim təyinatları açıqlanıb.

Boyukmillet.com-un məlumatına görə, “gənclik şəhəri” təmsilçisinin Serbiyada “Çukariçki” ilə görüşünə isveçrəli referi Fedayi San təyinat alıb. Ona həmyerliləri Yonas Erni və Tsürxer Benjamin yan xətt, Ştefan Horisberger dördüncü hakim qismində yardımçı olacaq. İyulun 21-də Belqraddakı “Çukariçki” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Ertəsi gün Bakı komandası “Fişt” stadionunda Rusiyanın “Soçi” klubunun qonağı olacaq. Saat 20:00-da başlanacaq qarşılaşmanı albaniyalı hakimlər briqadası idarə edəcək.

Enea Yorci baş hakim Ridiger Çokay və Reydi Avdo yan xətt hakimləri, Kridens Meta dördüncü hakim olacaq.

Check Also

Qurban Qurbanovun son xəbərdarlığından danışdı: Yollarımızı ayıracağıq, səhv edə bilmərəm

“Yayda Qurban müəllimlə görüşümüz oldu. O mənə dedi ki, bu cür davam edəcəksənsə, yollarımızı ayıracağıq. …