Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Tokio-2020: Azərbaycanın qadın bayraqdarı da açıqlandı

Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində qadın bayraqdarı açıqlanıb.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, üçrəngli bayrağı cüdoçu Rustam Orucovla birlikdə taekvondoçu Fəridə Əzizova da daşıyacaq.

Qadın və kişi bayraqdarların birgə addımlaması barədə qərar Tokio-2020-dən qüvvəyə minəcək. Bu yenilik gender bərabərliyi prinsipinə uyğun tətbiq ediləcək.

Açılış mərasimi iyulun 23-də, bağlanış isə avqustun 8-də olacaq.

Check Also

Messi Argentina millisində karyerasını bitirdi

Lionel Messi Argentina millisindən ayrılıb. O bu barədə sosial media hesabında məlumat verib. Messi bildirib …