Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Adminstrasiyasında 15 İyul – Demokratiya və Milli Birlik Günü Anma Proqramında çıxış edib.
Boyukmillet.com xəbər verir ki, Ərdoğan çıxışında 15 iyul gecəsi FETÖ xainlərinin güllələri və bombaları altında son nəfəsini verən 251 şəhidiə Allahdan rəhmət diləyib.
“Min ildir Anadolunu əbədi vətənimiz etmək üçün bu torpaqları qanları ilə suvaran qəhrəmanlar silsiləsinə qatılan 15 İyul şəhidlərinə borcumuzu nə etsək, ödəyə bilmərik”,-deyə bildirib:
“Türkiyənin bənzər xəyanətlərə məruz qalmaması üçün FETÖ başda olmaqla bütün terror təşkilatlarına, hər növ fəsad ocaqlarına və bütün təhdidlərə qarşı sayıq olmağa davam edəcəyik.
15 iyuldan sonra 27 gün ərzində 81 vilayətin hamısında 24 saat davam edən demokratiya seyrinə qatılan vətəndaşlarımıza bir daha təşəkkür edirəm”.
Türkiyə Prezidenti böyük və güclü bir Türkiyə hədəfinə çatana qədər mübarizəni davam etdirəcəklərini deyib:
“Nə olursa olsun, FETÖ-nün son fərdi zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək”.