Bazar , 15 Noyabr 2026
Drone Cameras

“Qarabağ”ın sabiq futbolçusu “Sivasspor”a keçdi

“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike komandasını dəyişib.

Boyukmillet.com xəbər verir ki, son 2 mövsümü Türkiyə “Kayserispor”unda keçirmiş braziliyalı hücumameylli yarımmüdafiəçi ölkənin digər klubu “Sivasspor”a keçib.

Sivas təmsilçisinin rəsmi saytı 31 yaşlı vingerlə 3 illik müqavilə imzalandığını yazıb.

Qeyd edək ki, Pedro Enrike 2017/2018 mövsümündə Yunanıstan PAOK-una məxsus futbolçu kimi “Qarabağ”da icarədə olub. O, Ağdam təmsilçisinin Bakıda İtaliya “Roma”sına 1:2 hesabı ilə uduzduğu matçda fərqlənməklə, Azərbaycan futbolu tarixində Çempionlar Liqasının qrup mərhələsində qol vuran ilk oyunçu olub.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …