Çərşənbə axşamı , 15 Aprel 2025
Drone Cameras

Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı artır

Almaniyanın qərb bölgəsində son günlər yaşanan daşqın və sel fəlakəti nəticəsində ölənlərin sayı 164-ə çatıb.

Boyukmillet.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Reynland Pfalz əyalətinin Koblenz şəhər polisi bildirib.

Ölənlərin 117 nəfəri sözügedən əyalətin Arvayler dairəsindən, 46 nəfəri isə Şimali Reyn-Vestfaliya əyalətindəndir. Xəsarət alanların isə hazırda 749 nəfər olduğu bildirilir.

Xatırladaq ki, ötən həftədən etibarən Almaniyanın qərb və cənub-qərb bölgələrini, habelə Belçika və Niderlandın qonşu bölgələrini çənginə alan leysan yağışları nəticəsində bir çox çaylarda suyun səviyyəsi kəskin artaraq daşqın və sel fəlakətinə səbəb olub.

Check Also

Ermənistan XİN: İrəvan Bakı ilə həm sərhəddə, həm də üçüncü ölkədə saziş imzalamağa hazırdır

Ermənistan Azərbaycanla həm sərhəddə, həm də üçüncü ölkələrdən hansısa birində sülh sazişi imzalamaq imkanlarını mümkün …