Cümə , 5 Dekabr 2025
Drone Cameras

Xarici işlər naziri Pakistana başsağlığı verib

Ceyhun Bayramov Pakistanda avtobus ilə yük maşınının toqquşması nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.

Boyukmillet.com xəbər verir ki, nazir bu barədə “Twitter” hesabında paylaşım edib:

“Pəncab əyalətindəki dəhşətli avtobus qəzası xəbəri bizi dərindən kədərləndirdi. Qəzada ölənlərə allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa tapmalarını arzulayırıq. Ölənlərin ailələrinə, qardaş Pakistan xalqına başsağlığı veririk”.

Xatırladaq ki, bu gün səhər Pəncab əyalətində magistral yolda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 30 nəfər ölüb, 74 nəfər isə xəsarət alıb.

Check Also

Əziz Ələkbərli: Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir

Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi …