Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Naxçıvana atəşin səbəbi: Bakını cavaba məcbur etmək və…

Ermənistan Naxçıvan, xüsusilə Sədərək istiqamətində atəşkəsi pozur. Buna səbəb Naxçıvan MR Sədərək rayonunun Ermənistan işğalında qalan Kərki kəndinin qaytarılması məsələsinin gündəmdə olmasıdır.

Anklavların qaytarılmasının 10 noyabr Bəyanatına daxil edildiyi, lakin Ermənistan hakimiyyətinin daxili auditoriya qarşısında duruş gətirə bilməyəcəyi üçün çıxarıldığı və sonraya saxlanıldığı haqda məlumatlar var idi. Kərki və Qazaxın 7 kəndinin yeni sərhəd müqaviləsinə daxil ediləcəyi gözləniləndir. Paşinyandan sonra Əliyevin Moskvaya səfərinin əsas gündəm mövzularından biri də sərhədlərin delimitasiyasıdır.

Bunun fonunda Ermənistanın Sədərək istiqamətində hücum cəhdləri təsadüfi deyil:

1. Azərbaycanı cavab hücumuna təhrik etmək və KTMT-ni, eləcə də Rusiyanı öhdəlikləri qarşısında çıxılmaz vəziyyətə salmaq məqsədi daşıyır;

2. Ermənistan Rusiyanın öhdəliklərinə əvəz olaraq, sərhəd müqaviləsində onun mövqeyini müdafiə etməsinə nail olmaq istəyir;

3. İstisna deyil ki, həmin bölgədə Kərki kəndinə, yaxud kəndə çıxan yola nəzarətə imkan verən yüksəkliklər uğrunda mübarizə gedir. 

Check Also

“Ramiz Mehdiyev işi” çərçivəsində iki sabiq nazirin əmlakı müsadirə oluna bilər – ŞOK ADLAR

2025-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 193-1.3.2-ci (cinayət …