Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Ermənistan NATO-nun təlimlərinə qatılmayacaq

Ermənistan hərbçiləri NATO-nun Gürcüstanda keçiriləcək “Agile Spirit 2021” (“Çevik ruh 2021”) adlı təlimlərində iştirak etməyəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən “Sputnik Armeniya”ya bildiriblər.

Məlumata görə, sayca 10-cu çoxmillətli təlim iyulun 26-dan avqustun 6-dək keçiriləcək. Tədbirdə ABŞ, Gürcüstan, Türkiyə, Azərbaycanla yanaşı NATO-ya üzv 13 ölkə də iştirak edəcək.

Qeyd edək ki, Ermənistan hərbçiləri ötən illərdə belə təlimlərdə dəfələrlə iştirak edib.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …