Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Qarabağda ortalığı kim qarışdırır? – RƏY

“Ermənistanın Kəlbəcər istiqamətində dövlət sərhəddində atəşkəsi pozması bir neçə prosesdən qaynaqlanır”.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ilkin səbəb Azərbaycanın sərhəddə möhkəmlənməsinə mane olmaqdır:

“İkinci isə Fransa və Rusiyanın təhriki ilə Minsk qrupu həmsədrləri çərçivəsində danışıqların bərpasına nail olmaq. Üçüncü, Azərbaycanın sərhəddə möhkəmlənməsinə mane olmaq. Azərbaycan tərəfinin tələbələrinin əksinə olaraq böhranı davam etdirmək. Dördüncü, Beynəlxalq müstəvidə münaqişənin bitmədiyini və Azərbaycanın Ermənistan ərazisində olduğunu görüntüsünü yaratmaqdır.

Moskva görüşündən sonra Rusiya rəhbərliyinin obyektiv açıqlamalarına baxmayaraq Kreml iki ölkə arasında sülh sazişinin imzalanmasında maraqlı deyil. Məhz Rusiyanın müdafiə nazirinin müavini Ermənistanda olduğunu nəzərə alsaq, erməni silahlı qüvvələrinin atəşkəsi pozması təsadüfi deyil. Hazırda Azərbaycana ciddi təzyiqlər var”.

Politoloq qeyd edib ki, Cənubi Qafqazda Avropa ittifaqı, ABŞ, Rusiya, Fransa, hətta İran da öz maraqlarını qabarıq surətdə göstərir:

“Hər biri problemi körükləməklə öz mövqelərinə uyğun olaraq idarə etməyə çalışır. Ermənistanın mövqelərinə uyğun olaraq Azərbaycana təzyiq siyasəti həyata keçirilir. Məhz sərhəddə baş verənlər Ermənistana bu və ya digər müstəvidə siyasi dəstəyin nəticəsidir. Amma bu kimi siyasi dəstək Ermənistanı daha da daxili siyasi böhrana yuvarlanmasına səbəb olacaq.

Bu təzyiqlər fonunda Türkiyə Azərbaycan tandemi proseslərdə uğurlu qalibiyyət əldə etməsi mümkündür. Ermənistanın bütün cəhdləri nəticəsiz qalacaq və Azərbaycan tərəfi Minsk qrupunun fəaliyyətinə və digər şərtlərlə razılaşması gözlənilmir”. 

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …