Şənbə , 13 Dekabr 2025
Drone Cameras

AKP nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuşun sədrliyi AKP nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Şəhidlər xiyabanını ziyarət edib.

Boyukmillet.com xəbər verir ki, nümayəndə heyəti daha sonra Türk şəhidliyi abidəsində olublar.

Orada Şərəf kitabının imzalanması da baş tutub. N.Kurtulmuş kitaba ürək sözlərini yazıb.

Qeyd edək ki, N.Kurtulmuş və nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının sədr müavini, Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov, eləcə də Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşləri planlaşdırılır.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …