Şənbə , 21 Fevral 2026
Drone Cameras

“Elə nazir var ki, axşam pul aparmasa, arvad evə buraxmır” – Hafiz Hacıyev başladı – VİDEO

Prezidentliyə namizəd, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev bildirib ki, müxalifətin bu seçkilərdə iştirak etmədiyi fikrini formalaşdırmaq istəyirlər:

“Bu, çox yanlış, Azərbaycan dövlətçiliyinə ən böyük zərbələrdən biridir. Başa düşə bilmirəm, müxalifət “ştamp”ını kimin üzərinə kim vurub? Burada biz nəyik? Dövlətin heç bir qolunda, parlamentdə də iştirak etmirik”.

Hakimiyyətin daxilində öyrədilmiş insanların Avropaya gedərək onları təhqir etdiyini deyən Hafiz Hacıyev qeyd edib ki, hədəflərdən biri də onlardır:

“Nəyinizi yemişəm? Sizin malınızı yeyənlər qalıb kənarda, məni niyə təhqir edirsiniz? Azərbaycan hökümətinin daxilində olan mənəvi cəhətdən satqın insanlardır. Avropada bizim şəkilimizi divara vurunları Azərbaycan hakimiyyətində oturanların balaları maliyyələşdirir. O yapışdırılan şəkillərin “kley”ini hakimiyyətin daxilindəki qüvvələrin balaları alıb verir”.

Qeyd edək ki, prezidentliyə namizədlər İTV-də ödənişsiz efir vaxtından xalqa səsləniblər. (İnterpress.az, Yenicag.az)

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir