Bazar , 19 May 2024
Drone Cameras

Rövşən Tağıyev: Azərbaycanda hər kəsin seçmək və seçilmək hüququ təmin olunur

Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb. Bunu sechki-2018.az saytına açıqlamasında Birləşmiş Ukrayna Azərbaycanlılarının Konqresi və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev deyib.

Azərbaycanda demokratik seçki ənənəsinin əsasının hələ 100 il əvvəl qoyulduğunu deyən assambleya sədri söyləyib ki, həmin dövrdə Azərbaycanda demokratik respublika qurulub və qadınlara seçki hüququ verilib: “Halbuki, Avropa ölkələrində qadınlara seçki hüququ Azərbaycandan sonra verilib. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra demokratik dövlət quruluşu yolunda inamla addımlayır”.

R. Tağıyev Azərbaycanın apardığı siyasətin uğurlu olduğuna diqqət çəkib.
O deyib: “Demokratiyanın mövcud olması üçün başlıca amil sabitlikdir. Dünyanın bir çox ölkəsində olmayan bu amil Azərbaycanda var. Hər kəsin seçmək və seçilmək hüququ təmin olunur, gücünə inanan partiya namizədini irəli sürə və seçki marafonunda yarışa bilir. Azərbaycanda demokratik cəmiyyət yaradılıb”.

Qurum sədri əlavə edib ki, Azərbaycanda 11 aprel prezident seçkiləri beynəlxalq standartlara uyğun keçiriləcək.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir