Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ersin Tatar: Kıbrıs türkləri hər zaman Toros dağlarına ümidlə baxdı

KKTC Cumhurbaşqanı Ersin Tatar həyat yoldaşı Sibel Tatarla birlikdə Kıbrıs Türk Kültür Dərnəyi (KTKD) İstanbul şöbəsinin 20 iyul Barış Hərəkatının 47-ci ildönümünə həsr olunmuş tədbirinə qatılıb.

Boyukmillet.com-un bayraqdar.info-ya istinadən xəbərinə görə, KKTC Cümhurbaşqanlığından verilən məlumatda İstanbul Arxeologiya Muzeyinin bağçasındakı tədbirdə çıxış edən E.Tatarın bir sira mühüm mesajlar verdiyi bildirilib.

Kıbrıs türklərinin qırğınlara məruz qaldığını və çox çətin dövrlər yaşadığını deyən E.Tatar daha sonra bildirib ki, dəfələrlə soyqırıma məruz qalan Kıbrıs türkləri üçün 1878-ci il ən ağrılı illərdən biri olub: “Çünki 1571-ci ildə bir illik müharibədən sonra venesiyalılardan aldığımız Kıbrıs 308 illik hökmranlıqdan sonra ingilislər tərəfindən icarəyə götürüldü, sonra isə qanunsuz olaraq qəsb edildi. Kıbrıs türkləri yalqızlıq içərisində, lakin ümidini itirmədən daim Toros dağlarına baxdı”.

E.Tatar çıxışında XIX əsrin əvvəllərində 60 min kıbrıslı türkün Türkiyəyə, daha sonra üçüncü ölkələrə köç etdiyini də bildirib.

Xəbərə görə, tədbirdə İstanbul valisi Ali Yerlikaya, 1-ci Ordu Komandanı general Musa Avsever, KTKD İstanbul şöbə başqanı Zehra Bilge Eray, Kıbrıs qaziləri və digər qonaqlar iştirak edib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …