Bazar , 29 Mart 2026
Drone Cameras

ÜST rəhbəri bəşəriyyəti gözləyən böyük təhlükədən danışdı

“Bəşəriyyət real təhlükə dövrünə daxil olub və koronavirusla mübarizədə bir çox nailiyyətlər hazırda eroziyaya uğrayır”.

Boyukmillet.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus brifinqdə bildirib.

Onun sözlərinə görə, infeksiyaya yoluxanların sayında artıma səbəb sosial təmaslar, düzgün təşkil edilməyən ictimai siyasət tədbirləri və peyvəndin qeyri-bərabər paylanmasıdır.

O, koronavirusa qarşı peyvəndin 80 faizdən çoxunun yüksək və orta gəlirli ölkələrin əldə etdiyini xatırladıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 200 milyon nəfəri ötüb

Check Also

Jurnalist çətin vəziyyətdə qalan qadını xilas etdi – ANBAAN VİDEO

Jurnalist Şəmistan Fikrətli çəkiliş zamanı yolda köməksiz vəziyyətdə qalmış qadın sürücü ilə qarşılaşıb və dərhal …