Cümə , 22 Noyabr 2024
Drone Cameras

Qumbara partlayışında xəsarət alan polis zabiti dünyasını dəyişdi

Bir neçə gün əvvəl Bakıda özünü qumbarayla partladan şəxslə bağlı məlumat verilmişdi. Hadisə zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan biri Səbail rayon Polis İdarəsinin əməkdaşı, polis zabiti Elçin Səfərzadə idi.

Boyukmillet.com xəbər verir ki, Elçin Səfərzadə bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan Elçin Səfərzadə əvvəllər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olub.

Xatırladaq ki, iyulun 27-də 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb, nəticədə M.Ələsgərov  həyatını itirib. Avtomaşında olan sərnişin, 1993-cü il təvəllüdlü, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …