Çərşənbə axşamı , 26 Noyabr 2024
Drone Cameras

Diaspor və QHT-lərin Əməkdaşlıq Platforması yaradılır – FOTO

İnterpress.az xəbər verir ki, aprelin 6-da AMEA Mərkəzi Elmi Kitabxanasında diaspor üzvləri ilə “Skype-call” görüşü olub. Tədbir Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələfin təşəbbüs və təşkilatçılığı, AMEA Yüksək Texnologiyalar Parkı və Diaspor Jurnalistləri Birliyinin dəstəyi ilə könüllü olaraq keçirilib. Paytaxt və regionlarda fəaliyyət göstərən 25-ə yaxın QHT-rəhbərinin, eləcə də diaspor üzvlərinin iştirak etdiyi konfransda diaspor təşkilatlarının sosial şəbəkələrdə dövlətçiliyə qarşı aparılan qara kampaniyalara cavab tədbirlərinin görülməsindən danışılıb.

Öncə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf qeyd edib ki, Azərbaycan dövlətinin imicinə xələl gətirən hər hansı kampaniyaya qarşı vətəndaşı cəmiyyəti öz mövqeyini nümayiş etməlidir.

Sonra Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə iştirakçılara Almaniya, Hollandiya, Fransa, Rusiya və ABŞ-dan qoşulan virtual qonaqlar haqqında danışıb. O bildirib ki, istər ölkə daxilində, istərsə də xaricdə vətənpərvər soydaşlarımız azərbaycançılıq ideologiyası ətrafında birləşərək dövlətçiliyin əleyhinə olanlardan gözlənilən təhlükələrin qarşısının alınması üçün aktiv güc birliyi ortaya qoymalıdırlar.

Millət vəkili Adil Əliyevsə qeyd edib ki, xaricdəki soydaşlarımız hər zaman Azərbaycan dövlətinin və xalqının yanındadırlar: “Sosial şəbəkələri söyüş qrupunun və onların arxasındakı gizli qrupların alətinə çevrilməsinə imkan verməməliyik. Bu, təhlükəsizlik probleminə çevrilir. Ona görə də təbliğat işi daha da gücləndirilməlidir”.

Daha sonra diaspor üzvləri ilə “Skype” bağlantı yaradılıb. Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova xain qüvvələrin heç bir siyasi etikaya uyğun olmayan bu addımlarının sifarişli olduğunu deyib.

Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva deyib ki, xaricdə vətənini layiqincə təmsil edənlər bu qarayaxma kampaniyasını birmənalı şəkildə rədd edirlər: “Onların bir çoxu Almaniyada oturum almaq üçün bu qarayaxma kampaiyasını aparırlar. Bunula bağlı Almaniyanın aidiyyəti qurumlarına müraciət edəcəyik”.

Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Avropadakı soydaşlarımızı Azərbaycana qarşı aparılan bu çirkin kampaniyaya etirazını bildirməyə çağırıb.

Benilüks Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Elsevər Məmmədov ölkəmizlə bağlı sosial şəbəklərdə yalan məlumatların yayılmasını pisləyib və soydaşlarımızı virtual həmrəyliyə səsləyib.

Rusiyada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev deyib ki, ölkəmizlə bağlı sosial şəbəkələrdə böhtan xarakterli xəbər və videolar yayanlar ifşa olunmaldır.

Almaniyadakı Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin rəhbəri Ufuk Kamal bu qaraguruhuçuların Kölndə yaratdıqları təxribatlarla bağlı yerli polisə müraciət edəcəyini deyib.

Tədbirdə iştirak edən Rusiyada Azərbaycan diasporunun fəal nümayəndəsi, siyasi və ictimai xadim Səadət Qarayeva bildirib ki, harada yaşasaq da obyektiv səbəbləri göstərərək Azərbaycanın imicini qoruyub saxlamaq ən əsas öhdəliyimiz olmalıdır.

“Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhmədzadə, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədr müavini Elvin Babayev, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk, Diaspor Jurnalistləri Birliyinin Baş katibi Siyavuş Əmirli, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva, Gənclərin Həmrəyliyi İctimai Birliyinin sədr müavini Zülfiyyə Nuriyeva, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva, Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə, iqtisadçı ekspert İndira Şəmsivari, “Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının sədri Lalə Mehdiyeva və digərləri də çıxış edərək sosial şəbəkələrdə Azərbaycan dövlətinin imicini ləkələməyə çalışanlara qarşı aktiv olmağa çağırıblar.

Diaspor və QHT-lərin Əməkdaşlıq Platforması yaradılır - FOTO

 

Diaspor və QHT-lərin Əməkdaşlıq Platforması yaradılır - FOTO

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir