“Taliban” Hərəkatı Əfqanıstanın cənubunda ölkənin ikinci ən böyük şəhəri olan Qəndahara nəzarəti ələ keçirib.
Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
əndahar aeroportu da fəaliyyətini dayandırıb.
“Taliban” Hərəkatının artıq ölkənin üçüncü böyük şəhəri olan Herat şəhərinə də nəzarəti əsasən təmin etdiyi, şəhərdəki polis idarəsinin binasını zəbt edildiyi bildirilir.
Qeyd edək ki, iyulun əvvəlindən başlayaraq “Taliban” Hərəkatı İran, Çin, Pakistan, Tacikistan və Türkmənistanla sərhəddəki rayonları ələ keçirib. Eyni zamanda, bir sıra vilayət mərkəzləri – Cauzcan, Sari-Pul, Qunduz, Nimroz, Taxar, Samanqan və Farah şəhərləri taliblərin nəzarətinə keçib.