Çərşənbə , 11 Fevral 2026
Drone Cameras

Türkiyənin Əfqanıstandakı səfirliyi vətəndaşlarına müraciət edib

Türkiyənin Əfqanıstandakı səfirliyi bu ölkədə olan vətəndaşlarına müraciət edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə səfirlik saytında məlumat yayıb.

Bildirilib ki, ölkənin böyük qismində yaranmış təhlükəsizlik problemləri ilə bağlı Əfqanıstana səyahət edən və ya bu ölkədə yaşayan Türkiyə vətəndaşlarının təcili şəkildə səfirlik, baş konsulluqlara müraciət etmələri və əlaqə məlumatlarını təqdim etmələri vacibdir.

“Vətəndaşlarımıza toqquşmaların olduğu regionlardan uzaq olmağı, təhlükəsizliklə bağlı zəruri tədbirlər görməyi tövsiyə edirik”, – müraciətdə qeyd olunub.

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …