Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyənin 5 şəhərində leysan yağışlarla bağlı əhaliyə xəbərdarlıq edilib

Türkiyənin Rize, Ordu, Giresun, Trabzon və Artvin şəhərlərində şiddətli yağışların yağması gözlənilir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbərdarlıq edib.

“Ani sel, su basması və ildırım vurması təhlükələrinə qarşı tədbirli olun”, – məlumatda bildirilib.

Qeyd edək ki, Qara dəniz sahillərində yerləşən Sinop, Bartın və Kastamonu şəhərlərində leysan yağışları səbəbindən əmələ gələn sel dağıntılara səbəb olub, 27 insan həyatını itirib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …