Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Türkiyədən Paşinyana CAVAB: Qarabağ azad edilmədən

Bunu Trend-ə Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə xarici jurnalistlər üçün keçirdiyi brifinq zamanı etdiyi bəyanatlarını şərh edərək Türkiyə prezidentinin administrasiyasından bildiriblər.

Administrasiyada qeyd ediblər ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir:

“Dağlıq Qarabağ məsələsində Türkiyənin mövqeyi dəqiq və aydındır, və Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməlidir”.

Ermənistanın qondarma “erməni soyqırımı” iddialarına gəlincə isə, administrasiyada bildiribər ki, Türkiyə 1915-ci ilin hadisələrini araşdırmaq üçün özünün bütün arxivlərini açıb: “Arxivlərin açılması barədə bir neçə dəfə prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib. Əgər tarixdə ermənilərə qarşı “soyqırım” olsaydı, Ermənistan Ankaranın arxivlərin açılması barədə təklifi ilə razılaşardı”.

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan ilkin şərtlər olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir