Xalq artisti Vaqif Əliyev vəfat edib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Xalq artisti 81 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.
V.Əliyev avqustun 13-də Yasamal qəbiristanlığında atasının yanında torpağa tapşırılıb.
Qeyd edək ki, Vaqif Əliyev 1940-cı ildə Bakıda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayıb. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib və 33 il burada çalışıb. 1990-cı ildə “Əməkdar artist”, 2002-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında çalışıb.
Allah rəhmət eləsin!