Bazar ertəsi , 5 May 2025
Drone Cameras

Portuqaliya yığmasının futbolçusu Azərbaycan millisi ilə oyunu buraxacaq

Fransanın “Lill” klubunda çıxış edən Portuqaliya millisinin futbolçusu Renatu Sanşeş zədələnib.

Boyukmillet.com  “LEquipe” nəşrinə istinadən xəbər verir ki, dizindən xasarət alan 24 yaşlı yarımmüdafiəçi əməliyyat olunacaq.

O, sentyabrda yaşıl meydanlara qayıda biləcək. Sanşeş dünya çempionatının seçmə mərhələsində Azərbaycan və İrlandiya ilə oyunları buraxacaq.

Qeyd edək ki, Portuqaliya seçməsi DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 1-də İrlandiyanı qəbul edəcək, sentyabrın 7-də isə Bakı Olimppiya Stadionunda Azərbaycan millisinin qonağı olacaq.

Check Also

Mingəçevir futbolunda yeni nəfəs

Azərbaycan futbolu dedikdə göz önünə ilk növbədə “Neftçi” gəlir. Ölkəmizin flaqman komandasının 1966-cı ildə Sovet …