Türkiyə NATO-nun Əfqanıstandan çıxmasından sonra Kabil hava limanına nəzarət etməklə bağlı planlarını ləğv edib, ancaq Taliban istəsə dəstək verməyə hazırdır. Bu barədə iki Türk mənbəsi bazar ertəsi bildirib.
Əfqanıstanda 600 əsgəri olan Türkiyə digər NATO üzvləri ölkədən çıxarıldıqdan sonra hava limanını qorumaq və idarə etmək üçün onları Kabildə saxlamağı təklif etmişdi. Ankara Vaşinqton və Prezident Əşrəf Qaninin hökuməti ilə detalları müzakirə edirdi.
Lakin son iki gündə Qani ölkəni tərk edəndən və Talibanın ölkəyə nəzarəti ələ keçirməsi ilə minlərlə əfqanının ölkədən qaçmaq ümidi ilə bazar ertəsi hava limanına axın etməsindən sonra bu planlar alt-üst olub.
Taliban bundan əvvəl Türkiyəyə Əfqanıstandakı əsgərlərini hava limanına nəzarət etmək üçün ölkədə saxlamasına qarşı xəbərdarlıq etmişdi. Lakin islamçı militantlar paytaxtı ələ keçirmədən öncə, Ankara bu xəbərdarlıqlara məhəl qoymamışdı.
“Hazırkı məqamada Kabil hava limanında tam bir çaxnaşma yaşanır. Nizam tamamilə pozulub” deyə adının açıqlanmasını istəməyən mənbələrdən biri deyib. O həmçinin əlavə edib ki, “Bu məqamda Türk əsgərlərinin hava limanına nəzarəti ələ alması prosesi avtomatik olaraq dayandırılıb”.
“Lakin Taliban texxniki dəstək istədiyi təqdirdə, Türkidə hava limanını təhlükəsizlik və texniki dəstəklə təmin edə bilər”.
Türkiyədəki müxalif partiyalar hökumətin planlarını tənqid edərək, belə bir missiyanın türk əsgərlərini riskə atacağını bildirirək, şiddətin artması fonunda onların dərhal geri çəkilmələrinə çağırmışdılar.
Əfqanıstanda sakitliyə çağıran və Talibanın irəliləməsini tənqid edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, keçən həftə Əfqanıstanda gedən döyüşlərə son qoymaq səyləri çərçivəsində Talibanla görüşə biləcəyini bildirmişdi.
Ankara hava limanı missiyasını Vaşinqton və NATO-nun digər müttəfiqləri ilə bir neçə məsələ səbəbilə gərginləşən əlaqələrini yaxşılaşdırmağa kömək edəcək potensial əməkdaşlıq sahəsi olaraq görürdü.