Bazar , 7 Dekabr 2025
Drone Cameras

Jirinovskidən 2030-cu il PROQNOZU: “İranda Azərbaycan dövləti…”

Rusiya Liberal Demokrat Partiyasının sədri, deputat Vladimir Jirinovski yeni açıqlama verib.

Boyukmillet.com xəbər verir ki, Jirinovski 2030-cu ildə Yaxın Şərqin siyasi xəritəsinin kəskin dəyişəcəyini söyləyib. O, İranın parçalanacağını və ölkənin şimalında Azərbaycan dövlətinin yaranacağını proqnozlaşdırıb.

“İran dövləti dağılacaq. Onun yerində İran Azərbaycanı, Persiya, Türkmənistan və Bəlucistan dövlətləri yaranacaq”.

Jirinovskinin fikrincə, 2030-cu ilə qədər Əfqanıstan və Pakistan birləşəcək və Puştunistan dövləti qurulacaq.

Siyasətçi Yaxın Şərqdəki dəyişikliklərin İsrailin təşəbbüsü ilə baş tutacağını da əlavə edib. 

Check Also

2026-cı ilin bayram günləri – Baş nazir QƏRAR VERDİ

Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli …