Bazar ertəsi , 5 May 2025
Drone Cameras

Bu il on minlərlə insan Ermənistanı tərk edib

Ermənistanda son 7 ay ərzində azı 43 mindən çox vətəndaş ölkəni tərk edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

Qəzetin Mülki Aviasiya Komitəsindəki mənbələrinə görə, təkcə “Zvartnots” aeroportundan yanvar-iyul aylarında ölkədən çıxan 488 833 sərnişinin 27 016 nəfəri geri qayıtmayıb.

Bildirilir ki, aviareyslər vasitəsilə ölkəni tərk edənlər barədə rəqəmlər ümumi mənzərəni görmək üçün kifayət deyil. Çünki xeyli insan həmçinin quru yolla ölkədən gedir.

Check Also

Türkiyədə CHP sədri hücuma məruz qalıb

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel hücuma məruz qalıb. Boyukmillet.com “Haber Global”a istinadla …