Çərşənbə , 30 Oktyabr 2024
Drone Cameras

PREZİDENT MÜHÜM FİKİRLƏRİNİ BMT RƏSMİSİNİN DİQQƏTİNƏ DƏMİR MƏNTİQ KİMİ İFADƏ EDİB

Prezident İlham Əliyev iki gün öncə BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşüb. Dövlətimizin başçısı bildirib ki, 44 günlük müharibəyə görə məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, onun işğalçılıq siyasətinə göz yuman beynəlxalq birliyin də üzərinə düşür. Yəni, dolayı və ya elə birbaşa yolla dünyanın ən ali qurumunu günahlandırıb.

Prezident BMT TŞ-nın qətnamələrinə də toxunub. Bildirib ki, Azərbaycan bu məsələni ardıcıl şəkildə, ən yüksək səviyyədə, bütün mühüm platformalarda qaldırsa da, təəssüf ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı TŞ-nın qəbul etdiyi 4 qətnamə icra olunmadı. Eləcə də Minsk qrupunun fəaliyyətsizliyindən danışıb. Söyləyib ki, bu qətnamələri qəbul edənlərin, həm də BMT TŞ-nın daimi üzvü olan beş ölkədən üçünün ATƏT-in Minsk qrupuna həmsədrlik etməsi nəticə vermədi. Amma onlarda bu qətnamələrin icrası üçün lazımi mandat olsa da, Minsk qrupu 28 il ərzində bu imkanlar çərçivəsində heç bir əməli iş görməyib.

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli Avrasiya.net-ə verdiyi açıqlamasında bildirib ki, Prezident İlham Əliyevi BMT-nin yeni rezident əlaqələndiricisi ile görüşündə aparılan söhbət Azərbaycanın mövqeyi baxımından mühüm əhəmiyyət daşımaqdadır. Görüşdə Azərbaycan və Ermənistan arasındakı münaqişə və ötən il Vətən müharibəsinin aparılması ilə bağlı Azərbaycanın haqlı mövqeyi bir daha gündəmə gəldi. 44 günlük müharibə barədə ölkə başçısı tərəfindən BMT rəsmisinə həqiqətlər faktlarla çatdırıldı. Prezident 30 ilə yaxın müddət ərzində Azərbaycanın daim sülhdən yana olduğunu əsaslı izah etmiş müharibənin başlama səbəblərini aydınlığı ilə sərgiləməsidir. BMT TS-nın qətnamələrinin icra olunması üçün Azərbaycanın uzun illər bütün yüksək platformalarda ardıcıl siyasət yürütdüyü, lakin ərazilərimizin işğalı ilə bağlı BMT-nin dörd mühüm qərarının bu illər ərzində icra edilmədiyi nəzərə çatdırılıb: “30 ilə yaxın ərazilərimizin işğalda qalmasının günahkarlarından biri də beynəlxalq təşkilatlardır. Baxmayaraq ki, BMT TŞ-nın beş daimi üzvündən üçünün ATƏT-in Minsk qrupuna sədrlik etməsi 28 il ərzində heç bir əməli işi ortaya qoymadı. Minsk qrupunun fəaliyyəti heç bir səmərə vermədi. Azərbaycan prezidenti tək ölkəmiz üçün deyil, dünya praktikası baxımından da mühüm fikirlərini BMT rəsmisinin diqqətinə dəmir məntiq kimi ifadə etdi. BMT-nin dörd qətnaməsinin bu illər ərzində icra mexanizimində baş verən ciddi qüsurlarla bağlı, beynəlxalq qurumların ikili standartlı yanaşması, işğalçıya bəzən açıq dəstək kimi ciddi məqamlar ölkə başçısı İlham Əliyev tərəfindən bir daha beynəlxalq təmsilçinin nəzərinə çatdırılmışdır”.

QHT rəhbəri onu da vurğulayıb ki, Prezident Azərbaycanın hər zaman sülh yaratmaq istiqamətində ardıcıl siyasətini, beynəlxalq sahədə bu istiqamətdə fəaliyyətini əhatəli şəkildə bildirib. 44 günlük müharibə ilə bağlı bütün həqiqətləri çatdıran Prezident , Ermənistanın təcavüzünün qarşısını almaq istəməyən beynəlxalq qurumların məsuliyyət daşıdığını bəyan etdi. Əgər Ermənistana zamanında layiqli təsir göstərilsəydi müharibə variantı reallaşmazdı. Bu baxımdan qanlı müharibənin bir günahkarı olaraq da beynəlxalq vasitəçilərin məsuliyyət daşıdığını BMT rəsmisi Azərbaycan prezidentindən əsaslı şəkildə dinlədi: “Azərbaycan prezidentinin bu görüşündən bir daha beynəlxalq ictimaiyyət məlumatlandı ki, BMT-nin daimi üzvləri, həm də Minsk qrupunun həmsədrləri olan böyük dövlətlərin münaqişənin sülh yolu ilə həllinə fəal diplomatik cəhdlər göstərməyiblər. Prezident İlham Əliyev müharibə qədərki dövr, müharibə müddətində və müharibədən sonrakı müddətdə Azərbaycanın düzgün istiqamətdə siyasət apardığını diqqətə çatdırıb. Əgər beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini düzgün qiymətləndirsəydilər 44 günlük müharibənin olmayacağını, münaqişənin sülh yolu ilə həll olunacağı mümkün idi. Bu istiqamətdə prezident İlham Əliyevin çağırışlarını indiki dövrdə beynəlxalq təşkilatlar qəbul etsə, Azərbaycanın öz gücü ilə həllini tapmış münaqişədən sonra region üçün daimi sülhün bərqərar olunması və bölgə üçün hər kəsin qazanacağı inkişaf reallaşdırıla bilər”.

Check Also

Aqil Abbas üsyan etdi-“Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir”

“Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib” Oktyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirilib. …