Çərşənbə , 30 Oktyabr 2024
Drone Cameras

Kiprin yunan idarəçilərindən qeyri-insanı qərar: Türklərin pasportlarını ləğv etdilər – Quzey Kıbrıs Türk Cümhuriyyətindən ETİRAZ

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezident Adminstarsiyası Kiprin yunan tərəfinin bəzi Kipr türklərinin pasportlarını ləğv etmək qərarına etirazını bildirib.

Boyukmillet.ckm xəbər verir ki, bununla bağlı Quzey Kibrıs Türk Cümhuriyyətinin Prezident Adminstarsiyası yazılı açıqlama yayıb.

Açıqlamada Kipr Cümhuriyyətinin tamamilə bir yunan dövlətinə çevrildiyini və Kıbrıs Türk tərəfinin qanuni hüquqlarına heç bir şəkildə hörmət edilmədiyini göstərən yeni bir sübut olduğuna diqqət çəkilib.

Prezident Adminstrasiyası bu praktikanın və əsas hakim zehniyyətinin Kipr münaqişəsinin əsl səbəbini və Kiprdə bərabərliyə əsaslanan federal bir ortaqlığın niyə qurulub davamlı ola bilmədiyini açıq şəkildə ortaya qoyduğunu bildirib. 

Açıqlamada, “zərurətdən qaynaqlanan səbəblərdən bir çox Kiprli Türk tərəfindən səyahət sənədi olaraq istifadə edilməsindən kənara çıxmayan pasportlar, kiprli yunanların siyasi məqsədlərinə xidmət etmək üçün əsas insan hüquq və azadlıqlarına zidd olaraq idarəetmdə Kıbrıslı Türklərə qarşı təhdid halına gəldi”, bildirilib. 

Qeyd edilib ki, Kıbrıslı Türklər “Kipr Cümhuriyyəti” pasportlarına üstünlük verdikləri üçün deyil, birlikdə qurduqları ortaqlıq dövlətindən və səyahət azadlıqlarından xaric olduqları üçün məcburiyyət qarşısında istifadə etdilər. 

Açıqlamada həmçinin deyilir:

“1960 -cı ildə Kipr Türkləri və yunanlar tərəfindən bərabər və birgə iradə ilə qurulan və 1963-cü ildən bəri Yunanıstanın işğalı altında olan Kipr Cümhuriyyətinin təşəbbüsü ilə qurulan və bir çox Kıbrıslı Türk tərəfindən səyahət sənədi olaraq istifadə edilən pasportlar zərurətdən qaynaqlanan Kipr yunan pasportları Kipr yunan İdarəsinin (GCA) siyasi məqsədlərinə xidmət etmək üçün Kipr Türklərinə qarşı, əsas insan hüquq və azadlıqlarını pozaraq istifadə edilən bir təhdidə çevrildi. Kipr yunan tərəfi bu düşmənçiliyində Maraş məsələsini bəhanə edərək, status -kvo zehniyyətini və çarəsizliyini ortaya qoyur, digər tərəfdən həm Maraşda, həm də Kiprdə əldə edilən nöqtənin tamamilə öz hakimiyyətçi və uzlaşmaz tutumunun bir məhsulu olduğu gerçəyini ört-basdır etməyə çalışmaqdadır.

Kıbrıslı Türklərin “Kipr Cümhuriyyəti” pasportlarına üstünlük verdikləri üçün deyil, birlikdə qurduqları oraqlıq dövlətindən dışlandıqları və ən təməl insan hüquq və azadlıqları məhdudlaşdırıldığı üçün, qurduqları dövlətin pasportu beynəlxalq aləmdə lazımı ölçüdə qəbul görüncəyə qədər zərurət səbəbi ilə istifadə etdikləri bir vasitədir. Kıbrıslı Türkləri buna məcbur edərkən təkcə Kıbrıs Rum İdarəsi deyil, BMT Təhlükəsizlik Şurasının 4 mart 1964 -cü il tarixli 186 saylı qərarı ilə qəsb edən yunan İdarəsinə “Kipr hökuməti” kimi yanaşan beynəlxalq birlik də, məsuliyyəti də var. 

1960 ortaqlığı Kipr Cümhuriyyəti yunanların işğalı altındadır və bu dövlətin bərabərhüquqlu ortaqları olan Kıbrıs Türk xalqı, bütün hüquqlarından məhrum edilmiş və 58 il insanlıqdan kənar təcrid altında saxlanılmışdır. Kıbrıs Türk xalqı tarixdən və beynəlxalq müqavilələrdən qaynaqlanan suveren bərabərlik və bərabər beynəlxalq status hüquqlarına hörmət edilməsini təmin etmək üçün mübarizə aparır. Bu gün illərdir bu haqlı mübarizəni verdiyinə görə məruz qaldığı şiddət və ədalətsizliyə yenisi əlavə edildi. 

Kipr adasının bərabərhüquqlu sahibləri olan Kıbrıslı Türklər varlıq mübarizələri əsnasında bir çox zülm, təzyiq, təhdid siyasətinə məruz qalmışlar, lakin heç vaxt mübarizələrindən əl çəkməmişlər. Kipr adasında əsas hüquq və azadlıqlarımızla var olmaq və suveren bərabərliyimizi qorumaq üçün böyük cəsarətlə çıxdığımız bu yolda böyük əzmlə addımlamağa davam edəcəyik. Bu münasibətlə qeyd etmək istərdik ki, bütün məsələlərdə olduğu kimi, səyahət azadlığımızı həyata keçirməkdə də Ana Vətənimiz Türkiyə bizimlədir”. 

Check Also

Özbəkistanda hakim partiya müxalifətsiz seçkilərdə rahat qələbə qazanıb

Oktyabrın 27-də Özbəkistan prezidenti Şavkat Mirziyoyevə loyal hakim partiya parlament seçkilərində asanlıqla qalib gəlib, – …