Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsinin başa çatma vaxtı açıqlanıb

Türkiyə hərbçilərini Əfqanıstandan təxliyə edən təyyarə Kabildən havaya qalxıb.

Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın bildirib.

“Bu gün (dünən) bir təyyarə səmaya qalxıb. Türkiyə əsgərlərinin təxliyəsi 24 ya da 36 saat ərzində başa çata bilər”, – İbrahim Kalın deyib.

O, bildirib ki, mülki mütəxəssislər Kabil Hava Limanında fəaliyyətlərini davam etdirə biləcəklər. “Bununla bağlı müzakirələrimiz davam edir”, – əlavə edib.

Qeyd edək ki, Türkiyə dünəndən hərbçilərini Əfqanıstandan çıxarmağa başlayıb.

Ölkənin Milli Müdafiə Nazirliyi açıqlamasında bu addımın mövcud vəziyyət və şərtlər qiymətləndirildikdən sonra atıldığını qeyd edib.

Xatırladaq ki, Türkiyə hərbçiləri 2002-ci ildən etibarən Əfqanıstanda xidmət edir.

Check Also

Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

Türkiyədə terrorun kökünü kəsəcəyik. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Diyarbəkirdə …