Cümə , 30 Yanvar 2026
Drone Cameras

Hulusi Akar Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsi barədə açıqlama verib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsi barədə danışıb.

Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, nazir Türkiyə Silahlı Qüvvələrinin vəzifəsini layiqincə yerinə yetirdiyini bildirib.

“Hava limanında fövqəladə sıxlığa və şərtlərə rəğmən önəmli bir problem olmadan personal tərəfindən planın tam tətbiq edilməsi üçün bütün işlər görülmüşdür. Fəaliyyətimizə dəstək verdiyinə görə dost və qardaş Pakistan, Tacikistan və bölgədə birlikdə çalışdığımız müttəfiqlərimizə təşəkkür edirik. Xarici İşlər Nazirliyi və müvafiq qurumlarla koordinasiya şəraitində fəaliyyətimiz təxliyə planları çərçivəsində davam etdiriləcək”, – nazir qeyd edib.

Check Also

İspaniya Qazaxıstana 90 min dollar məbləğində vəzifə saxtakarlığında təqsirləndirilən gömrük əməkdaşını təhvil verib

İspaniya Qazaxıstana vəzifə səlahiyyətlərini sui-istifadə etməkdə və vəzifə saxtakarlığında şübhəli bilinən keçmiş gömrük orqanları əməkdaşını …