Bazar , 15 Noyabr 2026
Drone Cameras

Qurban Qurbanov: “Oyunçular belə qələbəni haqq edirdilər”

“Futbolçularımı təbrik etmək istəyirəm. Dünən də bildirmişdim ki, ağır yol gəlmişik və çətin oyunlardan çıxmışıq. Oyunçular belə qələbəni haqq edirdilər”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyada “Aberdin”i 3:1 hesabı ilə məğlub etdikləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis stadiondakı atmosferin möhtəşəm olduğunu söyləyib: “Azarkeşlər də çox mədəni idi. Həm komanda, həm də baş məşqçiləri özlərini mədəni aparırdı. “Aberdin”ə və onların azarkeşlərinə uğurlar və daha yaxşı nəticələr arzulayıram. Sonda öz “Qarabağ”lılarımı, azərbaycanlılarımı təbrik edirəm. Həqiqətən çox möhtəşəm qalibiyyət oldu”.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …