Bazar , 4 May 2025
Drone Cameras

Kabildən təxliyə olunan sülhməramlılar Bakıya qayıtdı

Əfqanıstan İslam Respublikasından təxliyə olunan Azərbaycan sülhməramlıları Vətənə qayıdıb.

Boyukmillet.com xəbər verir ki, Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirərək Bakıya dönən 120 nəfərdən ibarət heyətin qarşılanma mərasimi keçirilib.

Qarşılanma mərasimində Müdafiə Nazirliyinin rəsmiləri və KİV nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin edərək xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edib. 

Check Also

Lökbatan qəsəbəsindəki “VİP LOMBARD” vətəndaşa fırıldaq gəlib – ŞOK FAKTLAR

Azərbaycanda lombardlarda kredit faizləri olduqca yüksək olsa da, əksər vətəndaşlar məcburiyyətdən bu xidmətdən yararlanırlar. Lombard …