Bazar , 15 Noyabr 2026
Drone Cameras

İtaliya klubu “Qarabağ”ın futbolçusu ilə maraqlanır

“Qarabağ”ın futbolçusu Kevin Medina karyerasını İtaliyada davam etdirə bilər.

Boyukmillet.com TMW nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə A Seriyasında çıxış edən “Salernitana” maraqlanır.

Arxa xətti gücləndirmək istəyən klub kolumbiyalı oyunçunu hədəf alıb.

Qeyd edək ki, Kevin Medina “Qarabağ”a 2020-ci ilin yayında keçib. Onun “köhlən atlar”la müqaviləsi 2022-ci ildə başa çatmalıdır. “Salernitana” cari mövsüm A Seriyasında keçirdiyi hər iki matçda məğlub olub.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …