Cümə , 22 Noyabr 2024
Drone Cameras

Suriyadan neft sızıntısı Quzey Kibrısda ekoloji təhlükəyə səbəb oldu

Suriyadakı elektrik stansiyasından yanacaq sızması Quzey Kibrıs Türk Cümhuriyyəti üçün problemə yol açıb. 

Boyukmillet.com xəbər verir ki, neft sızıntısı Kipr sularına çatıb və Karpaz bölgəsinə təhlükə yaradıb. Mümkün ekoloji təhlükənin aradan qaldırılması məqsədilə ŞKTR hökuməti adekvat addımlar atır və bu məqsədlə hökumətdə Böhran Masası yaradılıb.

Böhran Masasına ŞKTR baş nazirinin müşaviri Hüseyin Amcaoğlu rəhbərlik edir.

Huseyin Amcaoğlu deyib ki,  ilk növbədə, Kıbrıs Türk Sahil Təhlükəsizliyi və Kurtuluş Ltd. Şirkətinin Baryerləri şirkətə məxsus yedək gəmiləri ilə Dipkarpaz Zafer Burnuna daşınmasına başlanılıb.

Amcaoğlu Türkiyə ilə yüksək səviyyəli təmas nəticəsində 4 mütəxəssisdən ibarət bir qrupun bu səhər adaya gələrək sözügedən problemlə bağlı keçiriləcək toplantıya qatılacağını söyləyib.

Check Also

Naxçıvanda Energetiklər Günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində “20 oktyabr – Energetiklər Günü” münasibətilə tədbir keçirilib. Boyukmillet.com …