Şənbə , 12 Aprel 2025
Drone Cameras

Azərbaycanda 3 rayona yeni polis rəisi təyin edildi

Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) rəisi Eldar İlyasov vəzifəsindən azad edilərək, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rəis, Səbail RPİ-nin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq, Sabunçu RPİ-nə rəis təyin edilib.

Bundan başqa, Samux RPŞ-nin rəisi Polad Qarayev vəzifəsindən azad edilərək, Cəlilabad RPŞ-nə rəis təyin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.

Check Also

QHT Agentliyindən qrantları deputatlar və hökumət nümayəndələri necə udurlar? – RƏZALƏT (FOTOLAR)

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayevanın 6 mart 2025-ci il …