Bazar , 7 Dekabr 2025
Drone Cameras

İkinci Dünya Müharibəsinin başlanmasından 82 il ötür

Bu gün – 1 sentyabr İkinci Dünya Müharibəsinin başlanmasından 82 il keçir.

Boyukmillet.com  xatırladır ki, Almaniyanın Polşaya hücumunun başlandığı bu tarix (1 sentyabr 1939-cu il) İkinci Dünya Müharibəsinin başlanması tarixi sayılır.

6 il 1 gün davam edən müharibə nəticəsində 60 milyondan çox insan həyatını itirib.

Avropanın böyük hissəsini işğal etməyə müvəffəq olan faşist Almaniyası 1945-ci ildə antihitler koalisiyası tərəfindən məğlubiyyətə uğradıldı. 2 sentyabr 1945-ci ildə Yaponiyanın da ABŞ gəmisi “Missuri”nin göyərtəsində təslim aktını imzalaması ilə müharibə başa çatdı.

Qeyd edək ki, azərbaycanlılar da bu müharibədə böyük qurbanlar verib. SSRİ-dən cəbhəyə yollanan 650 min azərbaycanlıdan 420 mini geri qayıtmayıb.

Check Also

İran yenə Nizami Gəncəvini “özününküləşdirdi”

Dahi şairlə bağlı həqiqəti bilərəkdən təhrif etmək mədəni irsimizə qarşı yönəlmiş ideoloji kampaniyanın tərkib hissəsidir …