Cümə axşamı , 1 May 2025
Drone Cameras

Bakıda peyvənd olunmaq istəyən ər-arvad poliklinikanın şüşəsini sındırıb, 3 həkimə xəsarət yetirib

Səhiyyə Nazirliyi Bakıda vaksin olunmaq istəyən vətəndaşın poliklinikanın qapısının şüşəsini sındırması ilə bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətindən cavab olaraq bildirilib ki, hadisə avqustun 31-də axşam saat 18:40 radələrində baş verib.

“Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib. Faktla bağlı artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət olunub”, – məlumatda qeyd edilib.

Check Also

Ermənistanda vəkil müştərisinin polis əməkdaşları tərəfindən döyülməsi faktı ilə bağlı Baş Prokurorluğa müraciət edib

Ermənistanda vəkil Ara Qaragözyan müdafiə etdiyi şəxsin Armavirdə polis əməkdaşları tərəfindən döyüldüyünü bildirib. Boyukmillet.com xəbər verir …