Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Sülməramlılar jurnalistləri Xudavəngə buraxmadılar – FOTOLAR

Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü Kəlbəcərdə olub.

Boyukmillet.com  xəbər verir ki, rayonun bir sıra vacib nöqtələrinə gedən jurnalistlər “Xudavəng” məbədi ərazisinə də baş çəkiblər.

Ancaq Rusiya sülhməramlıları onları “Tanrı məbədi”nə buraxılmayıblar. Özünü cavabdeh şəxs kimi təqdim edən “İlya” adlı rus əsgər komandanlığın əmrinə əsasən, içəri heç kimi buraxa bilməyəcəyini söyləyib.

Bununla belə onlar foto-videoların kənardan çəkilməsinə mane olmayıblar.

“İçəridə erməni keşişlər varmı?” sualına sülhməramlı, – “var”, cavabı verib. Məbəddə iki erməni keşişin olduğu deyilsə də, onları müşahidə etmək mümkün olmayıb.

Xatırladaq ki, bundan əvvəl erməni keşişlərin Xudavəngi tərk etdiyi söylənilirdi və bunu erməni tərəfi də təsdiqləyirdi.

Xudavəng IX alban abidəsidir. Azərbaycanın alban irsinə məxsus məbəd Kəlbəcər işğal olunandan sonra erməniləşdirilib.

Ermənilər kilsəyə aid xaç və yazıları balta ilə çaparaq yox edib, beləliklə, tarixi saxtalaşdırmağa çalışıb.

Hazırda ərazi Rusiya sülhməramlıları tərəfindən mühafizə olunur.

Kəlbəcərdən digər maraqlı məlumatlar olacaq.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …