Cümə axşamı , 1 May 2025
Drone Cameras

Türkiyədə sərnişin qatarı qəzaya uğrayıb, yaralananlar var

Türkiyənin İstanbul şəhərində qatar qəzası baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə şəhərin Tuzla rayonunda qeydə alınıb.

Belə ki, Adapazarı-Pendik marşrutu üzrə hərəkət edən sərnişin qatarı Tuzladakı stansiyada dayanan sürətli qatara çarpılıb.

Məlumata görə, qatarlar eyni relsdə olub. Hərəkətdə olan qatarın maşınistinin son anda diqqətli davranması nəticəsində qəza ölümlə nəticələnməyib. Qatarı saxlamağa çalışan maşınist buna müvəffəq olmasa da, sürəti azaltmağa nail olub. Nəticədə qatarlar toqquşub, bəzi sərnişinlər xəsarət alıb.

Hadisənin təfərrüatı araşdırılır.

Check Also

Tofiq Yaqubluya dəstək üçün aclıq kampaniyası başlayıb

Dünya Azadlıq Konqresi Tofiq Yaqublu ilə əlaqədar qətnamə qəbul edib 29 gündür həbsinə etiraz olaraq …