Cümə axşamı , 2 May 2024
Drone Cameras

Azərbaycan MSK-nın nümayəndələri Moldovada keçiriləcək prezident seçkilərini izləyəcək

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri və Milli Məclisinin deputatı oktyabrın 30-da Moldovada keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Kişineuya səfər edəcəklər.
Bu barədə “Report”un Şərqi Avropa bürosuna Moldova Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Məlumata görə, MDB İcraiyyə Komitəsi missiyasının tərkibində Azərbaycan-Moldova Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sabir Hacıyev seçki prosesini izləyəcək. Bundan başqa, Azərbaycan MSK rəsmiləri Natiq Məmmədov və Ramin Nurəliyev də səsvermənin gedişini, vətəndaşların seçkilərdə fəallığına diqqət yetirəcəklər.
Moldova MSK-nın açıqladığı son məlumatlara görə, prezident seçkilərini təqribən 450 beynəlxalq, 2300 yerli müşahidəçi izləyəcək.
Qeyd edək ki, 30 oktyabr seçkisi 1996-cı ildən bəri Moldovada ümumxalq səsverməsi ilə keçiriləcək ilk prezident seçkisi olacaq.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir