Bazar , 19 May 2024
Drone Cameras

Ermənistanın Müdafiə Nazirliyi ordudakı intiharlardan narahatdır

Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyi orduda intiharların artmasını müzakirə edib.

Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, bununla bağlı keçirilmiş müşavirənin iştirakçıları silahlı qüvvələrdə intihar hadisələrinin qarşısının alınmasına yönəldilmiş bir sıra təkliflər irəli sürüblər. Ən yüksək zabit heyətinin iştirak etdiyi tədbirdə eyni zamanda özünəqəsd hadisələrinin təfərrüatları və yeni intiharların qarşısının alınmasının müxtəlif yolları müzakirə olunub.

Qeyd edək ki, nazirlik cari ildə ordudakı intihar hallarının sayını açıqlamayıb. Bununla bağlı göstərici ictimaiyyətdən gizli saxlanılır.

Check Also

Hakan Fidan Pakistana gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 19-da Pakistana rəsmi səfər edəcək. Boyukmillet.com xəbər verir …