Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

“Yeni Azərbaycan” qəzetinin yeni baş redaktoru kollektivə təqdim olunub

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetinin yeni baş redaktoru Alqış Musayev (Həsənoğlu) kollektivə təqdim olunub.

Boyukmillet.com xəbər verir ki, A.Musayevi kollektivə qəzetin keçmiş baş redaktoru, deputat Hikmət Babaoğlu təqdim edib.

H.Babaoğlu isə kollektivlə vidalaşıb.

Qeyd edək ki, YAP-ın İdarə Heyətinin sentyabrın 10-da keçirilən iclasında qəbul olunan qərarla “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsinə Alqış Musayev (Həsənoğlu) təyin olunub. Milli Məclisin sabiq deputatı olan A.Musayev əvvəllər də “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

Deputat Hikmət Babaoğlu isə Milli Məclisdə YAP deputatları üzrə əlaqələndirici vəzifəsinə təyin edilib.

Check Also

Yeni Şuranın vəzifələri bunlar olacaq – SİYAHI

Yeni yaradılacaq Media və Yayım Şurasının vəzifələri qanunla müəyyənləşir. Boyukmillet.com xəbər verir ki, bu, Milli Məclisin …