Bazar ertəsi , 27 May 2024
Drone Cameras

Azərbaycanda son sutkada koronavirusdan ölənlərin sayı azalıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 468 943 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 427 493 nəfər müalicə olunaraq sağalıb, 6 251 nəfər vəfat edib, aktiv xəstə sayı 35 199 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 781, ötən müddət ərzində isə ümumilikdə 4 715 715 test aparılıb.

Check Also

AQTA 42 ticarət və 75 ictimai iaşə müəssisəsində pozuntular aşkarlayıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar ötən 2 gün ərzində 46 ticarət …