Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

ABŞ xəbərdarlıq edir: Türkiyədə…

Dövlət Departamenti ABŞ vətəndaşlarına Türkiyədə terror təhlükəsinin əvvəlki kimi yüksək olması barədə xəbərdarlıq edib.

Trend-in məlumatına görə, bazar günü dərc olunan xəbərdarlıqda bildirilir ki, Dövlət Departamenti ABŞ vətəndaşlarına Türkiyədə terrorçu qruplaşmalar tərəfindən yüksək təhdid barədə xəbərdarlıq etməkdə davam edir:

“Amerikalılar Türkiyənin cənub-şərq hissəsinə səfərlərdən çəkinməli, ümumiyyətlə, ölkəyə səyahətlə bağlı riski diqqətlə öyrənməlidirlər”

Sənəddə “Türkiyədə iri tədbirlər zamanı, turizm bölgələrində, restoranlarda, ticarət mərkəzlərində, dini ibadət yerlərində, avtobuslarda, körpülərdə, aeroportlarda, metroda və dəniz limanlarında yeni hücumlar”ın ehtimal olunduğu qeyd edilir.

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir