Bazar ertəsi , 5 May 2025
Drone Cameras

Moskvada Hərbi Universitetin binasında yanğın olub, 2 nəfər yaralanıb

Rusiya paytaxtı Moskvada Hərbi Universitetin ərazisində baş verən yanğın nəticəsində Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı xəsarət alıb.

Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib.

Məlumata görə, binadan 100 nəfər təxliyə edilib. Yanğının söndürülməsinə 209 əməkdaş və 72 texnika cəlb olunub. Bildirilib ki, yanğın 1000 kv.m. sahəni əhatə edib.

Yanğının səbəbi araşdırılır.

Check Also

Türkiyədə CHP sədri hücuma məruz qalıb

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel hücuma məruz qalıb. Boyukmillet.com “Haber Global”a istinadla …