Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bakıdakı katolik kilsəsində şəhidlərin xatirəsinə dua mərasimi keçirilib

Bakıdakı Müqəddəs Bakirə Məryəm kilsəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə dua mərasimi baş tutub.

Boyukmillet.com xəbər verir ki, tədbir çərçivəsində dini ayin icra edilib, şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi yad edilib.

Mərasimi Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete aparıb.

Xatırladaq ki, bu gün Azərbaycanda Vətən müharibəsi şəhirdlərinin Anım Günü qeyd olunur.

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …