Çərşənbə axşamı , 14 May 2024
Drone Cameras

Azərbaycanın tanınmış idmançıları Anım Günü ilə bağlı paylaşımlar ediblər

Azərbaycanın idman ictimaiyyəti 27 sentyabr – Anım günü ilə əlaqədar müxtəlif paylaşımlar edib.

Boyukmillet.com xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, müxtəlif federasiyalar və idmançılar şəhidləri ehtiramla yad etdiklərini bildirblər.

Güləşçilər Hacı Əliyev, Mariya Stadnik, cüdoçu Rüstəm Orucov, karateçi Rafael Ağayev futbolçular Mahir Emreli, Ruslan Abışov, Ramil Şeydayev, milliləşdirilmişlərdən Şahruddin Məhəmmədəliyevlə Riçard Almeyda, Mert Çelik və şahmatçı Teymur Rəcəbov postlar paylaşıb.

Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Qara Qarayev Ağdam təmsilçisinin şəhid azarkeşi İbrahim İbrahimli və “Neftçi”nin şəhid fanatı mayor Rüfət Əsgərovun fotosunu yayımlayıb. “Zirə”də çıxış edən Rulsan Abışov paytaxt klubunun şəhid olmuş futbolçusu İlqar Burcəliyevin, həmçinin Rüfət Əsgərovun fotosunu paylaşıb.

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …