Bazar , 19 May 2024
Drone Cameras

Fransa ekspertləri Azərbaycan ərazilərinin minalardan təmizlənilməsini müzakirə edib

Fransanın paytaxtı Parisdə ikinci Qarabağ müharibəsinin geosiyasi və geoiqtisadi nəticələrinə həsr edilmiş tədbir keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbir Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun təşkilatçılığı ilə Milli Sənaye İnkişafı Cəmiyyətinin ofisində baş tutub.

Tədbirdə Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev, ölkəmizin YUNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev, Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy, fransalı professorlar, akademiklər, araşdırma və beyin mərkəzlərinin üzvləri və digər şəxslər iştirak ediblər.

Fransalı ekspertlər 44 günlük İkinci Qarabağ müharibəsindən keçən müddət ərzində baş verən hadisələrin dinamik inkişafını, Cənubi Qafqazda sülh, sabitlik məsələlərini müzakirə ediblər. Bildirilib ki, bir il bundan əvvəl Qarabağda münaqişə, hərbi əməliyyatlar dövrü mövcud idi. Bu gün isə artıq atəşkəs haqqında razılaşmanın şərtlərinin həyata keçirilməsi, sabitliyin yaradılması, yenidənqurma prosesləri və iqtisadi inkişafa giriş dövrüdür.

Tədbirdə yeni geosiyasi fonda Azərbaycan ilə ATƏT-in Minsk qrupuna üzv ölkələri arasındakı münasibətlərinə, Qarabağın minalardan təmizlənilməsinin vacibliyi və digər məsələlərə də toxunulub.

Check Also

Birinci Qarabağ müharibəsində itkin düşən Gülalı Dadaşovla vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşovla …