Bazar , 8 Fevral 2026
Drone Cameras

Ərdoğan: “Müdafiəmizi istədiyimiz kimi gücləndirə bilərik”

“Amerikalılar Türkiyəyə “Patriot” hava hücumundan müdafiə kompleksi satsaydı, Rusiyadan “S-400”ləri almağa məcbur olmazdıq”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambeyasının 76-cı sessiyası çərçivəsində ABŞ-a səfəri zamanı “New York Times” qəzetinə müsahibəsində bildirib.

Türkiyə Prezidenti Rusiya müdafiə sistemini satın almaqla Qərbin, xüsusilə NATO-nun ayağının altını qazdıqları ilə bağlı tənqidi fikirləri və söhbətləri tamamilə təkzib edib.

Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqin, ABŞ-ın keçmiş Prezidenti Donald Trampın Türkiyənin silah tədarükçülərini seçmək haqqı olduğunu söylədiklərini xatırladıb: “Özümüzə lazım olan silahları satın alırıq”.

O, Türkiyənin “S-400”ləri almasının ABŞ-la problemlərin yaşanmasına dəyib-dəyməyəcəyi ilə bağlı sualı belə cavablandırıb: “Məncə, buna dəyərdi. Müdafiəmizi istədiyimiz kimi gücləndirə bilərik”.

Ərdoğan Türkiyə-ABŞ əlaqələrinin əsaslarını qoruduqlarına işarə edərək belə açıqlama verib: “Türkiyənin ABŞ-la uzun illərə dayanan bağlar var. Bunun qorunaraq güclənməsi lazımdır”.

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …