Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Azərbaycan gömrükçüləri siqaretlər və spirtli içkilər müsadirə edib

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, Rusiya istiqamətindən – “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan vətəndaşlarının idarə etdiyi “MAN” və “Volvo” markalı yük avtomobilləri saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 1 720 ədəd “Parliament Heets” markalı siqaret və 12 ədəd spirtli içki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən əvvəllər məhkum olunan Müşfiq Hüseynov və Anar Əsgərov həbs …